Elektron tərəzilər üzrə Laboratoriyalararası Müqayisəli Kalibrləmə sona çatdı

AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartının 7.7.2 maddəsinə əsasən laboratoriyalararası qarşılıqlı kalibrləmələrin aparılması tələbi əsasında ölkədə ilk dəfə “NEN Group” MMC tərəfindən pilot layihə olaraq ödənişsiz şəkildə həyata keçirilmiş Elektron tərəzilər üzrə Laboratoriyalararası Müqayisəli Kalibrləmə prosesi müvəffəqiyyətlə sona çatmışdır.

Məmnuniyyətlə bildirmək istərdik ki, kalibrləmə prosesinin effektivliyinə nəzarət etmək və kalibrləmə nəticələrinin keyfiyyətini təmin etmək məqsədilə digər ölçmə sahələri üzrə tərəfimizdən ödənişli şəkildə Laboratoriyalararası Müqayisəli Kalibrləmə prosesi həyata keçiriləcək. Laboratoriyalar növbəti Laboratoriyalararası Müqayisəli Kalibrləmədə proseslərində iştirak etmək üçün aşağıda qeyd edilmiş əlaqə vasitələri ilə müraciət edə bilərlər.

Elektron tərəzilər üzrə Laboratoriyalararası Müqayisəli Kalibrləmə prosesinin həyata keçirilməsində pilot laboratoriya olaraq iştirak etdiyi üçün “MKT İstehsalat Kommersiya” MMC-yə, eyni zamanda bütün iştirakçı laboratoriyalara təşəkkür edir və fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik!

Aşağıdakı link vasitəsilə Elektron tərəzilər üzrə Laboratoriyalararası Müqayisəli Kalibrləmə prosesinin Yekun Hesbatı ilə tanış ola bilərsiniz:

https://docviewer.yandex.com/view/1130000060166623/?page=1&*=Q3Vn2j3mtCMqThNPHPdZtFFRC%2BJ7InVybCI6InlhLWRpc2s6Ly8vZGlzay9cIk5FTiBHcm91cFwiIExMQyAtIERvY3VtZW50cy8oTEFNSCkgTGFib3JhdG9yaXlhbGFyYXJhc8SxIE3DvHFheWlzyZkgSGVzYWJhdMSxLnBkZiIsInRpdGxlIjoiKExBTUgpIExhYm9yYXRvcml5YWxhcmFyYXPEsSBNw7xxYXlpc8mZIEhlc2FiYXTEsS5wZGYiLCJub2lmcmFtZSI6ZmFsc2UsInVpZCI6IjExMzAwMDAwNjAxNjY2MjMiLCJ0cyI6MTcwNTA0NTM4MTAyOCwieXUiOiI5NTk4MjkwODcxNjUzODg4NDk3In0%3D

✉️ [email protected]
📞 +994 51 7293668
🌐 www.nengroup.az