“NEN Group” MMC 2022-ci ildə təsis edilmiş və fəaliyyətə başladığı gündən bəri, istər daxili, istərsə də xarici bazarda dövlət qurumları və özəl şirkətlər üçün peşəkar xidmətlər göstərməyi, eləcə də ekspert rəyi verməyi hədəf götürmüş şirkətdir. “NEN Group” MMC işçilərin və avadanlıqların sertifikatlaşdırılmış olmasına xüsusi əhəmiyyət verilən bir çox sənaye sahələrində beynəlxalq standartların tələblərinə uyğun təlim-tədris və konsultasiya xidmətləri təklif edir.
Azərbaycanda və dünyada mühəndislik xidmətlərinin sürətli şəkildə inkişafı mühəndisliyin müxtəlif sahələrində bacarıqlı kadrlara ehtiyac yaratmışdır. Xüsusən də, beynəlxalq şirkətlərlə əməkdaşlıq və qloballaşma nəticəsində baş verən iqtisadi proseslərin bir başa Azərbaycan iqtisadiyyatına təsiri bu yöndəki təlimlərin təşkilini zəruriləşdirmişdir. Bu səbəblədir ki, fəaliyyətimizin əsas istiqaməti Azərbaycan hüdudlarında mühəndisliyin inkişafı üçün ehtiyac duyulan ixtisaslara aid yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkil olunması və peşəkar kadrların hazırlanmasında rol oynamaqdır.
Müştəri məmnuniyyəti bizim üçün əhəmiyyətlidir!