Effektiv ünsiyyət zamanı natiqlik bacarıqları və dinləmə texnikaları

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İRƏLİ” İctimai Birliyi və “NEN Group” MMC-nin təşkilati dəstəyilə yerinə yetirilən “i-Learning Summer School” layihəsinin sonuncu təlim sessiyası 03.02.2023-cü il tarixində, FINCA Azerbaijan BOKT-nin Mərkəzləşdirilmiş Kredit Satışı mütəxəssisi, peşekar təlimçi Günay Nurəliyeva tərəfindən “Effektiv ünsiyyət zamanı natiqlik bacarıqları və dinləmə texnikaları” mövzusu üzrə həyata keçiriləcək!

Bildiyimiz kimi, özünün ictimai əhəmiyyətli fikirlərini anlaşıqlı, inandırıcı, təsiredici bir şəkildə ifadə etməyi bacaran adamı əsl natiq adlandırırıq. Natiqin silahı canlı sözdür. Natiqlik qabiliyyəti üçün hər şey – mətnin məzmunu, intonasiya, davranış tərzi, jestlər, mimikalar və s. lazımdır.
Natiqlik sənəti yalnız işdə deyil, həyatımızın hər hissəsində təsirli olmağa davam edir. Bu sənəti gündəlik çıxışlarımızda, iş görüşmələrimizdə, konfranslarımızda və daha çox şeylərdə istifadə etməyə çalışırıq ki, mesajımız birbaşa digərinə ötürülsün.

Natiqlik sənətinə malik olmaq, auditoriyanı ələ almaq və dinləyicilərin təqdirinə səbəb olmaq üçün isə sizə lazım olacaq bir neçə sirr vardır. Bu sirləri öyrənməyin, natiqlik sənətinə mənsub olmağın və dinləmə texnikalarına malik olmağın yollarını isə Günay xanımdan öyrənəcəyik!

AzGF #GenclerFondu #ireli2023 #nengroupmmc #iLearning