Komandanın idarəedilməsi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İRƏLİ” Ictimai Birliyi və “NEN Group” MMC-nin təşkilati dəstəyilə yerinə yetirilən “i-Learning Summer School” layihəsinin ilk təlim sessiyası 30.01.2023-cü il tarixində, beynəlxalq təcrübəyə malik olan, peşəkar təlimçi Yusif İsgəndərov tərəfindən “Komandanın idarəedilməsi” mövzusu üzrə həyata keçiriləcək!

Məlumdur ki, mükəmməl komanda yaratmaq komandanın uğur qazanması üçün əsas şərtdir. Komandanın effektiv şəkildə fəaliyyət göstərməsini təmin etmək üçün tələb olunan vəzifə və öhdəliklərin aydın şəkildə başa düşülməsi, o cümlədən həmin vəzifələrə uyğun gələcək şəxsiyyət növlərinin müəyyən edilməsi vacibdir. Buna isə nail olmağın üsul və vasitələrini Yusif müəllimdən öyrənəcəyik!

AzGF #GenclerFondu #ireli2023 #nengroupmmc #iLearning