Karyera planlaması

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İRƏLİ” İctimai Birliyi və “NEN Group” MMC-nin təşkilati dəstəyilə yerinə yetirilən “i-Learning Summer School” layihəsinin dördüncü təlim sessiyası 02.02.2023-cü il tarixində, “Profam MMC / Insure.az sığorta aqreqatoru”nun direktoru Azer Ismayilov tərəfindən “Karyera planlaması” mövzusu üzrə həyata keçiriləcək!

Məlumdur ki, karyera işçinin əməyinin gələcəyi haqqında subyektiv düşünülmüş şəxsi mülahizələrdir, əməklə özünü ifadəetmə və qaneolmanın gözlənilən yollarıdır. Bu proses, fərdin iş həyatı boyunca izləməli olduğu bir sıra “fəaliyyət yolları” kimi müəyyən edilə bilər. Başqa sözlə, karyera fərdin ictimai və ya şəxsi iş həyatında irəliləyəcəyi, uğur əldə etmək üçün izləyəcəyi və çalışacağı sahədir. Karyera planlaması zamanı atılan yanlış addımların nəticəsi uzun illər öz təsirini göstərə bilər, bu səbəbdən də karyeramızı düzgün təhlil etməli və addımlamalıyıq. Bunun üsul və vasitələri isə layihə iştirakçılarına Azər müəllim tərəfindən öyrədiləcək!

AzGF #GenclerFondu #ireli2023 #nengroupmmc #iLearning