ISO 22000:2018 Qida təhlükəsizliyi idarəetmə sistemi üzrə maarifləndirmə və daxili auditor kursu sona çatdı

“NEN Group” MMC-nin əməkdaşı, peşəkar təlimçi Vüsal Əmirxanov tərəfindən İmişli rayonunda fəaliyyət göstərən “Qida Aqro” MMC-nin əməkdaşlarına nəzəri və praktiki formatda həyata keçirilən ISO 22000:2018 Qida təhlükəsizliyi idarəetmə sistemi üzrə maarifləndirmə və daxili auditor kursu müvəffəqiyyətlə sona çatmışdır. Yerinə yetirilmiş təlim müddətində “Qida Aqro” MMC-nin 15 nəfər əməkdaşı ISO 22000:2018 Qida təhlükəsizliyi idarəetmə sistemi beynəlxalq standartı və aidiyyəti standart üzrə daxili auditor təlimində iştirak etmişlər.

Nəzəri və praktiki formatda həyata keçirilən təlim zamanı müəssisə əməkdaşları öz bilik və bacarıqlarını beynəlxalq təcrübəyə əsaslanan real yanaşmalar əsasında təkmilləşdirmiş, həmçinin nəzəriyyədə öyrəndiklərini praktikada tətbiq etmişlər.

Təlimin sonunda təlim iştirakçılar sertifikat ilə təltif edilmişdir.

✉️ [email protected]
📞 +994 51 7293668
🌐 www.nengroup.az