Zamanın idarəedilməsi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İRƏLİ” İctimai Birliyi və “NEN Group” MMC-nin təşkilati dəstəyilə yerinə yetirilən “i-Learning Summer School” layihəsinin ikinci təlim sessiyası 31.01.2023-cü il tarixində, “MKT İstehsalat Kommersiya” MMC-nin Standartlaşdırma və metrologiya şöbəsinin rəisi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi Elmin Bağışov tərəfindən “Zamanın idarəedilməsi” mövzusu üzrə həyata keçiriləcək!

Zamanın idarə edilməsinin həqiqi prosesi insanın özünü, dəyərlərini, prioritetlərini dərk etməsi və onları idarə etməsindən başlayır. Həqiqət ondan ibarətdir ki, insan vaxtı və ya onun miqdarını deyil, müəyyən vaxt çərçivəsində özünü, vaxtdan necə istifadə edəcəyini idarə edə bilər. Elmin müəlimin təlim zamanı verəcəyi texnikalar Sizin üçün əslində nəyin vacib olduğunu anlamanıza, daha sonra öz prioritetlərinizi diqqət mərkəzində saxlayaraq qərar vermənizə və fəaliyyətinizi idarə etmənizə dəstək olacaqdır.

AzGF #GenclerFondu #ireli2023 #nengroupmmc #iLearning