Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İRƏLİ” İctimai Birliyi və “NEN Group” MMC-nin təşkilati dəstəyilə yerinə yetirilən “i-Learning Summer School” layihəsinin üçüncü təlim sessiyası 01.02.2023-cü il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Mühəndislik Universitetinin müəllimi, bir neçə kitabın müəllifi Nail Məmmədov tərəfindən “Müsahibəyə hazırlıq” mövzusu üzrə həyata keçiriləcək!
Məlumdur ki, müsahibə potensial işə götürənin sizin bacarıq, təcrübə və şəxsi keyfiyyətlərinizin müvafiq vakansiyaya nə qədər uyğun olub-olmadığını müəyyən etmək üçün təşkil edilmiş, müsahibə alanla respondentin qarşılıqlı sosial-psixoloji təsirinin müəyyən formasıdır. Bu proses şəxslərarası qarşılıqlı təsirin özünəməxsusluğu, fərdlərin adi ünsiyyətindən fərqli olaraq, müsahibə alanla respondent arasında rolların dəqiq bölüşdürülməsindən ibarətdir. Müsahibə prosesində bir qızıl qayda var ki, müsahibə zamanı ən ağıllı və savadlı yox, müsahibəyə ən hazırlıqlı şəxs uğurlu nəticə əldə edir. Bu qızıl qaydanın sirlərini isə Nail müəllim ilə birlikdə öyrənəcəyik!
AzGF #GenclerFondu #ireli2023 #nengroupmmc #iLearning